Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinin qəbuluna elektron yazılma qaydaları

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.

Qəbulun qaydaları Daxili İşlər Nazirliyinin 05.01.2009-cu il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Təlimat"a uyğun olaraq aparılır.

İdarə rəhbərliyinin qəbul günü və vaxtları ilə buradan tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİNİN RƏHBƏRLİYNİN QƏBULUNA YAZILMAQLA BAĞLI ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi internet səhifəsi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə elektron formada göndərilmiş müraciətlər Baş İdarənin Katibliyinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  3. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Müraciət qəbul edildikdən sonra ekrana bu barədə müvafiq bildiriş çıxır.
  4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə həyata keçirilir.